Əyyub
3 Sonra Əyyub sözə başlayıb doğulduğu günə lənət yağdırdı.+ 2 Əyyub belə dedi:
3 «Kaş nə doğulduğum gün olaydı,+
Nə də “ana bətninə bir oğul düşdü” deyilən gecə.
4 Kaş o gün zülmət olaydı,
Allah göydən ona nəzər salmayaydı,
İşıq üzü görməyəydi.
5 Kaş o gün zülmətə qərq olaydı,
Üzərinə qara bulud enəydi,
Kaş qaranlıq onu dəhşətə salaydı.
6 O gecə! Kaş o gecəni zil qaranlıq bürüyəydi,+
Kaş ilin günləri içində ona sevinc nəsib olmayaydı,
Ayın günləri sırasına düşməyəydi.
7 Kaş o gecə qısır olaydı,
Kaş o vaxt şənlik səsi olmayaydı.
9 Kaş onun dan ulduzları sönəydi,
Kaş işığa həsrət qalaydı,
Sübh şəfəqini görməyəydi.
10 O, anamın bətninin qapılarını bağlamadı,+
Əzab-əziyyəti məndən gizlətmədi.
11 Niyə doğulan kimi ölmədim?
Niyə ana bətnindən çıxanda ölmədim?+
12 Niyə məni qucağa* aldılar,
Niyə mənə döş verdilər?
13 İndi rahatca uzanmışdım,+
Yatırdım, dincəlirdim,+
14 Tikdikləri viranə qalmış*
dünya padşahları ilə, vəzirlərilə,
15 Evlərini gümüşlə doldurmuş,
Qızıl toplamış rəhbərlərlə.
16 Axı niyə ölü doğulmuş,
İşıq üzü görməyən uşaqlar kimi olmadım?
17 Orada şər adamların acığı bitir,
Taqətsizlər dincəlir,+
18 Məhbuslar rahatlıq tapır,
Onları işlədənlərin səsini eşitmirlər.
19 Orada kiçik də, böyük də eynidir,+
Qul ağasından azaddır.
20 Axı niyə Allah əzab çəkənə işıq verir?
Niyə həyatı acı olanı yaşadır?+
21 Nə üçün ölüm arzulayanlar ölüm tapmır?+
Axı onlar dəfinə axtarmaqdan çox bunu axtarırlar,
22 Qəbir tapanda xoşbəxt olurlar,
Sevinib-şadlanırlar.
23 Niyə Allah hər tərəfdən sədd qoyduğu insana,
Yolu-izi itirmiş adama işıq verir?+
25 Çünki qorxduğum şey başıma gəlib,
Hürkdüyüm şey qabağıma çıxıb.
26 Rahatlığım, dincliyim, sakitliyim yoxdur,
Əzablarım qurtarmır ki qurtarmır».