-
Çıxış 30:34—36Müqəddəs Kitab
-
-
34 Yehova Musaya dedi: «Bərabər ölçüdə balzam, ətirli buxur, ətirli qalban qatranı və xalis kündür götürün.+ 35 Sonra onlardan buxur düzəldin;+ ətirli otların qatışığı ustalıqla hazırlanmalı, duzlanmalıdır+. Bu qatışıq qarışıqsız və müqəddəs olmalıdır. 36 Ondan bir az götürün, döyüb toz halına salın və bir qədərini Hüzur çadırında Şəhadət sandığının qarşısına, sənə görünəcəyim yerə qoyun. Bu qatışığı son dərəcə müqəddəs tutmalısınız.
-
-
Vəhy 8:3—5Müqəddəs Kitab
-
-
3 Sonra başqa bir mələk gəlib qurbangahın+ yanında durdu. Onun əlində qızıl buxurdan+ vardı. Ona çoxlu buxur verildi və o, bu buxuru bütün müqəddəslərin duaları ilə birlikdə taxtın qarşısındakı qızıl qurbangahda+ təqdim etməli idi. 4 Mələyin əlindəki buxurun tüstüsü müqəddəslərin duaları ilə birlikdə+ Allahın hüzuruna yüksəldi. 5 Bundan dərhal sonra mələk buxurdanı qurbangahdakı odla doldurub yer üzünə atdı. Birdən göy guruldadı, şimşəklər çaxdı,+ səslər gəldi və zəlzələ oldu.
-