25 Bu xalqların allahlarının oyma bütlərini yandırın.+ Üstlərindəki qızıl-gümüşə tamah salmayın, onlardan özünüzə götürməyin,+ yoxsa tora düşərsiniz. Bütün bunlar Allahınız Yehovanın gözündə iyrənc şeylərdir.+
6 İsraillilər yenə də Yehovanın bəyənmədiyi pis işlər görməyə başladılar.+ Onlar Baallara+, Əşturət bütlərinə, Aram, Sidon, Muab allahlarına,+ həmçinin əmunilərin və filiştlilərin allahlarına ibadət etdilər.+ Onlar Yehovanı atdılar, Ona qulluq etmədilər.