-
2 Salnamələr 24:18, 19Müqəddəs Kitab
-
-
18 Xalq ata-babalarının Allahı Yehovanın evini tərk edib Aşera bütlərinə və başqa bütlərə səcdə qılmağa başladı. Onların bu günahına görə Allahın Yəhudaya və Yerusəlimə qəzəbi tutdu. 19 Yehova onların yanına dönə-dönə peyğəmbərlər göndərdi ki, onları Öz yoluna qaytarsın. Peyğəmbərlər onlara xəbərdarlıq edir, onlarsa qulaq asmırdı.+
-
-
2 Salnamələr 36:15, 16Müqəddəs Kitab
-
-
15 Ata-babalarının Allahı Yehova elçilərini göndərib dönə-dönə onlara xəbərdarlıq etdi, çünki xalqına, məskəninə yazığı gəlirdi. 16 Onlarsa Allahın elçilərini lağa qoyur,+ Onun sözlərinə xor baxır,+ peyğəmbərlərini ələ salırdılar+. Axırda başqa çarə qalmadı, Yehova xalqının üstünə qəzəbini yağdırdı.+
-
-
Ərəmya 25:4Müqəddəs Kitab
-
-
4 Yehova dönə-dönə peyğəmbər qullarını sizin yanınıza göndərib, lakin siz dinləməmisiniz, qulaq asmamısınız.+
-