-
Ərəmya 25:12—14Müqəddəs Kitab
-
-
12 “Lakin yetmiş il tamam olanda+ təqsirlərinə görə Mən Babil padşahı ilə, o xalqla haqq-hesab çəkəcəyəm,+ — bəyan edir Yehova, — Kəldan ölkəsini həmişəlik viranə qoyacağam.+ 13 O ölkə barədə dediyim bütün sözləri, Ərəmyanın bu kitabda bütün xalqların əleyhinə yazdığı peyğəmbərlikləri oranın başına gətirəcəyəm. 14 Çünki çoxlu xalqlar və qüdrətli padşahlar+ xalqımı kölə edəcək.+ Mən də bu xalqlara əməllərinə, əllərinin işlərinə görə əvəzini verəcəyəm”».+
-