14 Yehova mənə dedi: «Peyğəmbərlər Mənim adımla yalandan peyğəmbərlik edir.+ Onları Mən göndərməmişəm, onlara heç nə buyurmamışam, onlarla danışmamışam.+ Sizə söylədikləri şeylər yalan vəhylərdir, falçılıqdır, cəfəngiyatdır, öz uydurmalarıdır.+
15 Sonra Ərəmya peyğəmbər Hənaniyyə+ peyğəmbərə dedi: «Hənaniyyə, mənə qulaq as, səni Yehova göndərməyib. Sənə görə bu xalq yalana inanır.+16 Buna görə Yehova deyir: “Budur, səni yer üzündən yox edirəm. Elə bu il öləcəksən. Çünki xalqı Yehovaya qarşı qaldırırsan”».+
8 Çünki İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Qoymayın aranızdakı peyğəmbərlər, falçılar sizi aldatsın,+ onların gördüyü yuxulara qulaq asmayın. 9 Çünki onlar Mənim adımdan sizə yalan peyğəmbərlik edirlər. Onları Mən göndərməmişəm”,+ — bəyan edir Yehova».