6 Bizim üçün körpə doğuldu,+
Bizə oğul bəxş edildi.
Hakimiyyət onun çiynində olacaq.+
Onun adı Müdrik məsləhətçi,+ Qüdrətli ilah+, Əbədiyyət atası, Sülh əmiri olacaq.
7 Hakimiyyəti ucqarlaradək yayılacaq,
Sülhün sonu olmayacaq.+
O, Davudun taxtında,+ padşahlığının başında oturacaq.
Hakimiyyətini indidən sonsuzadək
Ədalət+ və salehlik+ üzərində bərqərar edəcək.+
Bunu ordular Allahı Yehovanın qeyrəti edəcək.