-
2 Salnamələr 7:6Müqəddəs Kitab
-
-
6 Kahinlər öz yerlərində durmuşdular. Lavililər də Yehovaya məzmur oxunarkən çalınan alətləri əllərində tutub durmuşdular.+ (Bu alətləri Davud padşah «Onun məhəbbəti əbədidir» şükranını oxumaq üçün düzəltmişdi. O, onlarla* Yehovaya həmd edirdi.) Kahinlər onların qarşısında ucadan kərənay çalırdılar.+ İsraillilər isə bu vaxt ayaq üstə durmuşdular.
-
-
2 Salnamələr 29:25, 26Müqəddəs Kitab
-
-
25 Padşah bu vaxt ərzində Davudun+, görücü Cadın+ və Natan+ peyğəmbərin əmr etdiyi kimi, lavililəri əllərində sinc, telli alətlər və çəng Yehovanın evində qoymuşdu.+ Bu əmri Yehova peyğəmbərləri vasitəsilə vermişdi. 26 Beləcə, lavililər əllərində Davudun alətləri, kahinlər əllərində kərənay orada durmuşdu.+
-