-
Luka 8:28—30Müqəddəs Kitab
-
-
28 O, İsanı görən kimi bağırdı və qarşısında yerə sərilib bərkdən qışqırdı: «Ey Allah-Taalanın Oğlu İsa! Məndən nə istəyirsən? Yalvarıram sənə, mənə əzab vermə».+ 29 (Çünki İsa murdar ruha ondan çıxmağı əmr edirdi. Onu tez-tez cin tuturdu*.+ Dəfələrlə onu zəncirləyib qandallamış və keşiyini çəkmişdilər. O isə buxovları qırırdı və cin onu çöl-biyabana qovurdu.) 30 İsa ondan soruşdu: «Adın nədir?» O cavab verdi: «Legion»*. Çünki onun içinə çoxlu cin girmişdi.
-