-
Həvarilərin işləri 22:27—29Müqəddəs Kitab
-
-
27 Onda sərkərdə Bulusa yaxınlaşıb soruşdu: «De görüm sən Roma vətəndaşısan?» O cavab verdi: «Bəli». 28 Sərkərdə dedi: «Mən bu vətəndaşlığı bir ətək pula almışam». Bulus dedi: «Mən isə elə doğulandan Roma vətəndaşıyam».+
29 Onu işgəncə ilə sorğu-suala tutmaq istəyən adamlar dərhal ondan əl çəkdilər. Sərkərdə Bulusun Roma vətəndaşı olduğunu öyrənəndə onu buxovladığı üçün bərk qorxuya düşdü.+
-