Əşiya
57 Saleh adam məhv olur,
Məhəl qoyan yoxdur.
2 O, dincliyə qovuşur.
Doğruluqla yeriyənlərin hamısı öz yatağında* yatır.
3 «Siz isə, ey cadugər qadının oğulları,
Ey, zinakarın, fahişənin balaları, yaxın gəlin.
4 Kimi məsxərəyə qoyursunuz?
Kimə ağzınızı yekə açıb dil çıxarırsınız?
Siz ki asilik övladı,
Yalan nəslisiniz,+
5 Nəhəng ağaclar arasında,+
Gur yarpaqlı hər ağacın altında şəhvətlə alovlananlar,+
Dərələrdə, qaya oyuqlarında uşaqları kəsənlər nəslisiniz.+
6 Sənin payın dərənin şümal daşları arasındadır.+
Bəli, payın bunlardır.
Çünki şərab təqdiməsini onların önündə tökürsən.+
İndi buna baxıb razı qalmalıyam?
8 Rəmzini qapının, yan taxtanın arxasında qoymuşdun.
Məni atmışdın, əynini soyunmuşdun.
Yuxarı qalxıb yatağını geniş açırdın.
Onlarla əhd bağlamışdın.
9 Məlikin* yanına yağla,
Çoxlu ətirlə düşürdün.
Elçilərini uzaqlara göndərirdin.
Beləcə, Məzara* enmişdin.
10 Çoxsaylı yollarında hey əlləşirdin,
Heç demədin “axı bu, mənasızdır”.
Gücünü təzələyirdin.
Odur ki, yorulmaq bilmirsən.
11 Kimdən xoflanmışdın,
Kimdən qorxub yalan danışmağa başlamışdın?+
Məni yada salmırdın.+
Heç nəyə məhəl qoymurdun.+
Mən dinmədim, heç nə etmədim,+
Ona görə Məndən qorxmurdun.
13 İmdad diləyəndə
Dəst-dəst bütlərin səni xilas etməyəcək.+
Onların hamısını külək sovuracaq,
Yüngül meh əsib onları aparacaq.
Mənə pənah gətirən isə diyarı miras alacaq,
Müqəddəs dağıma sahib olacaq.+
14 Onda deyəcəklər: “Tikin, yolu tikin! Yol hazırlayın!+
Xalqımın yolundakı maneələri götürün!”»
«Mənim məskənim yüksək, müqəddəs yerdədir.+
Həm də məzlum, fağır adamların arasındadır ki,
Fağırın ruhunu dirçəldim,
Zülm çəkənlərin qəlbini dirildim.+
16 Daim çəkişməyəcəyəm,
Sonsuzadək qəzəblənməyəcəyəm,+
Yoxsa insanın ruhu zəifləyər,+
Nəfəsi olan məxluqlar taqətdən düşər.
17 Onun haram qazanc dalınca düşdüyünə qəzəblənmişdim,+
Bu günaha görə onu vurdum, ondan üz döndərdim, ona hiddətləndim.
Amma o, yenə də xainliyindən əl çəkmədi,+ ürəyi çəkən yolla getdi.
19 «Mən dil bəhrəsi hasil edirəm.
Həm uzaqda, həm yaxında olana bitməz sülh bəxş ediləcək,+
Mən ona şəfa verəcəyəm», — deyir Yehova.
20 «Pis adamlar isə çalxalanan,
Sakitləşmək bilməyən,
Suları yosunu, lili üzə qaldıran dəniz kimidir.
21 Şər adamlar sülh görməyəcək», — deyir Allahım.+