Həbquq
1 Həbquq* peyğəmbərə vəhydə nazil olan hökm.
2 Ey Yehova, nə vaxtadək imdad diləyəcəyəm, Sənsə eşitməyəcəksən?+
Nə vaxtadək zülm əlindən dad edəcəyəm, Sənsə qurtarmayacaqsan?+
3 Niyə bu zülm-sitəmi götürürsən,
Niyə qoyursan gözlərim yamanlıq görsün?
Gözüm hey viranəlik, zorakılıq görür.
Çəkişmələrin, dava-dalaşın ardı-arası kəsilmir.
4 Buna görə qanun kəsərini itirib,
Haqqa, ədalətə yer qalmayıb.
Şər adam salehi təkləyir,
Buna görə haqq-ədalət əyilib.+
5 «Xalqlara baxın, diqqətlə baxın!
Heyrətlə baxın, mat qalın.
Çünki sizin zəmanədə elə bir şey olacaq ki,
Sizə danışsalar, inanmazsınız.+
Dünyanın ucqarlarına gedib çıxan
O amansız və çılğın xalqı ayağa qaldırıram.+
7 Onlar qorxuncdur, dəhşətlidir.
Onlar öz ədalətini, öz hakimiyyətini* bərqərar edir.+
8 Onlar gecə ova çıxan canavardan azğındır,
Atları bəbirdən çevikdir.+
Döyüş atları dördnala çapır,
Atları uzaqlardan gəlir.
Onlar şikarın üstünə şığıyan qartaltək uçurlar.+
9 Hamısı zorakılıq məqsədilə gəlir.+
Birləşib irəli gedir, sanki, şərq küləyidirlər,+
Əsirləri qum kimi toplayırlar.
10 Bu xalq padşahlara lağ edir,
Əyan-əşrəfi məsxərəyə qoyur.+
Hər bir qalaya gülür,+
Təpə düzəldib qalanı ələ keçirir.
11 Onlar yel kimi qabağa cumur, ölkəni yarıb keçirlər,
Amma təqsirkar çıxacaqlar,+
12 Ey Yehova, axı Sən əzəldən varsan,+
Pərvərdigara, ey Müqəddəs Allahım, Sən ölməzsən*!+
14 Niyə insanı dənizdəki balıqlara,
Başçısı olmayan sürünənlərə tay edirsən?
15 Düşmən* onları qarmaqla çəkir,
Tora salıb çəkir,
Balıqçı toruna toplayır,
Sevinib-şadlanır.+
16 Buna görə toruna qurban kəsir,
Balıqçı toruna qurban təqdim edir.
Çünki bu torların sayəsində ona yağlı,
Əla pay düşür.
17 Axı nə vaxtadək torunu doldurub-boşaldacaq*?
Nə vaxtadək xalqları amansızcasına qırıb-tökəcək?+