Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • I
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
Azərbaycan nəşrləri (1992-2026)
Çıx
Daxil ol
Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Xoş gördük!
Yehovanın Şahidlərinin müxtəlif dillərdə dərc etdikləri nəşrlər üzrə axtarış sistemi.
Nəşrləri yükləmək üçün jw.org saytına daxil olun.
  • Bu gün

Cümə axşamı, 14 may

O, dünyanı ədalətlə, xalqları Öz sədaqətilə mühakimə edəcək (Zəb. 96:13).

Yaxın gələcəkdə Yehova Öz adını necə şərəfləndirəcək? Öz adil hökmləri ilə. Böyük Babil Yehovanın müqəddəs adına ləkə gətirdiyi üçün tezliklə Yehova onun üzərində hökmünü icra edəcək (Vəhy 17:5, 16; 19:1, 2). Böyük Babilin məhv olunduğunu görən insanlardan bəziləri, ola bilsin, bizə qoşulub Yehovaya ibadət edəcək. Sonda, Armageddon müharibəsində Yehova Şeytanın şər dünyasını tamamilə məhv edəcək. Həmin vaxt O Ona qarşı çıxan və adına küfr edən bütün insanları yox edəcək. Onu sevən, Ona itaət edən, Onun adını ucaltmağı özünə şərəf bilən insanlara isə qurtuluş verəcək (Mark 8:38; 2 Salon. 1:6—10). Məsihin minillik hakimiyyəti bitəndə insanlar sonuncu dəfə sınanandan sonra Yehova adının müqəddəsliyini tam şəkildə sübuta yetirəcək (Vəhy 20:7—10). O zaman «sular dənizi doldurduğu kimi, dünya başdan-başa Yehovanın əzəməti barədə biliklə dolacaq» (Həb. 2:14). Gələcəkdə hər kəsin Yehovaya adına layiq şərəf verdiyini görmək möhtəşəm olacaq! w25.01 s. 7, abz. 15, 16

Müqəddəs Yazıları hər gün araşdırın 2026

Cümə, 15 may

Buna dözün, çünki bu, bir tərbiyə üsuludur (İbr. 12:7).

İbrani məsihilərə üzləşdikləri təqiblərə dözməyə nə kömək edəcəkdi? Həvari Bulus bilirdi ki, onlar sınaqlara düzgün yanaşmağı öyrənməli idilər. Məsihilər başa düşməli idi ki, üzləşdikləri sınaq vasitəsilə Yehova onlara təlim verə bilər. Bu təlim ibrani məsihilərə məsihi xüsusiyyətlərini yetişdirməyə və ya onları təkmilləşdirməyə kömək edəcəkdi. Diqqətlərini sınaqlarının müsbət cəhətlərinə cəmləmək ibrani məsihilərə dözüm göstərməyə kömək edəcəkdi (İbr. 12:11). Bulus ibrani məsihiləri sınaqlara böyük qətiyyətlə sinə gərməyə təşviq etmişdi. O bu barədə məsləhət verəndə nədən danışdığını bilirdi. Çünki əvvəllər özü məsihiləri təqib etmişdi və bilirdi, təqibçilərdən nə gözləmək olar. O həm də təqiblərə dözməyin yolundan agah idi. Çünki məsihi olandan sonra üzləşmədiyi təqib qalmamışdı (2 Kor. 11:23—25). w24.09 s. 12, abz. 16, 17

Müqəddəs Yazıları hər gün araşdırın 2026

Şənbə, 16 may

Oyaq qalın (Mət. 25:13).

Hər ötən gün təbliğ işimiz daha da vacib hal alır. Nəyə görə? Çünki vaxt bitmək üzrədir. İsanın Mark 13:10 ayəsinə əsasən axırzamanda olacaq təbliğ işi ilə bağlı hansı peyğəmbərliyi söylədiyi haqda düşünək. Çarpaz ayədə — Mətta 24:14 ayəsində İsa demişdi ki, xoş xəbər bütün yer üzündə «son» gəlməzdən əvvəl təbliğ olunacaq. «Son» deyiləndə Şeytanın şər dünyasının birdəfəlik məhvi nəzərdə tutulur. Yehova yaxın zamanda baş verəcək hadisələrin gününü və saatını təyin edib (Mət. 24:36; Həv. 1:7). Hər ötən gün bizi həmin günə daha da yaxınlaşdırır (Rom. 13:11). Sonun gələcəyi günə qədər isə biz təbliğ işini davam etdirməliyik. Hər birimiz böyük məna daşıyan bu sual üzərində düşünməliyik: «Xoş xəbəri nəyə görə təbliğ edirik?» Qısaca desək, sevgidən irəli gələrək. Təbliğ etməklə biz xoş xəbəri, insanları, ən əsası, Yehovanı və Onun adını sevdiyimizi göstəririk. w24.05 s. 14—15, abz. 2, 3

Müqəddəs Yazıları hər gün araşdırın 2026
Xoş gördük!
Yehovanın Şahidlərinin müxtəlif dillərdə dərc etdikləri nəşrlər üzrə axtarış sistemi.
Nəşrləri yükləmək üçün jw.org saytına daxil olun.
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Məxfilik parametrləri
  • JW.ORG
  • Daxil ol
Paylaş