ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | MƏSƏLLƏR 27—31
«Müqəddəs Kitab yaxşı qadının tərifini verir»
Məsəllər 31-ci fəsildə Ləmuil padşahın anasının ona verdiyi öyüdlər yazılıb. Anası padşaha hansı qadının yaxşı həyat yoldaşı ola biləcəyini başa salır.
Yaxşı qadın etibarlıdır
Ailənin verdiyi qərarlarda onun da əvəzsiz payı var, bununla belə, o, itaətkarlığı yaddan çıxarmır
Əri arvadının yaxşı qərarlar verəcəyinə inanır və ondan hər şey üçün icazə istəməsini tələb etmir
Yaxşı qadın qoçaqdır
O, evdə yeməyin olması, ailəsinin təmiz və səliqəli geyinməsi üçün pula qənaət edir, bədxərc deyil
O, zəhmətkeşdir və gecə-gündüz ailəsinin qayğısına qalır