-
«Onları... vahid xalq edəcəyəm»Pak ibadət dirçəlir!
-
-
3. a) «Yəhuda... üçün» olan çubuq nəyi təmsil edirdi? b) Nəyə əsasən demək olar ki, «Əfraimin çubuğu» onqəbiləli padşahlığı təmsil edirdi?
3 Yehova Hizqiyala buyurdu ki, iki çubuq götürsün. Birinin üstünə «Yəhuda... üçün», o birinin üstünə «Əfraimin çubuğu Yusif üçün» sözlərini yazsın. (Hizqiyal 37:15, 16 ayələrini oxuyun.) Bu iki çubuq nəyi təmsil edirdi? «Yəhuda... üçün» olan çubuq Yəhuda və Binyamin qəbiləsindən ibarət olan padşahlığı təmsil edirdi. Bu padşahlıqda Yəhuda qəbiləsindən olan padşahlar hakimiyyət sürürdü. Həmçinin kahinlik də bu padşahlıqla bağlı idi, çünki kahinlər Yerusəlimdə yerləşən məbəddə xidmət edirdilər (2 Saln. 11:13, 14; 34:30). Beləliklə, Yəhuda padşahlığına Davud sülaləsindən olan padşahlar, eləcə də Lavi nəslindən olan kahinlər daxil idi. «Əfraimin çubuğu» onqəbiləli İsrail padşahlığını təmsil edirdi. Bu çubuğun Əfraimlə hansı əlaqəsi var idi? Onqəbiləli padşahlığın ilk padşahı Ərubam Əfraim qəbiləsindən idi. Zaman keçdikcə Əfraim İsrailin ən nüfuzlu qəbiləsi oldu (Qan. 33:17; 1 Pad. 11:26). Bir məqamı qeyd etmək lazımdır ki, onqəbiləli İsrail padşahlığına Davud sülaləsindən olan padşahlar və ya lavili kahinlər daxil deyildi.
-
-
İki çubuq birləşirPak ibadət dirçəlir!
-
-
ÇƏRÇİVƏ 12A
İki çubuq birləşir
Yehova Hizqiyala buyurdu ki, bir çubuğun üstündə «Yəhuda... üçün», o birinin üstündə «Əfraimin çubuğu Yusif üçün» yazsın.
«Yəhuda üçün»
QƏDİMDƏ
İkiqəbiləli Yəhuda padşahlığı
MÜASİR DÖVRDƏ
Məsh olunmuşlar
«Əfraimin çubuğu Yusif üçün»
QƏDİMDƏ
Onqəbiləli İsrail padşahlığı
MÜASİR DÖVRDƏ
Başqa qoyunlar
-