-
Vəftizçi Yəhya yol hazırlayırİsa peyğəmbər. Yol, həqiqət, həyat
-
-
Yəhyanın sözlərini eşidənlərin ürəyi riqqətə gəlir. Çoxları anlayır ki, tövbə etmək, yəni düşüncə tərzini dəyişib əvvəlki həyat yolundan əl çəkmək lazımdır. «Yerusəlim, bütün Yəhudiyyə və İordan ətrafı bölgələrin camaatı onun yanına» axışır (Mətta 3:5). Yəhyanın yanına gələnlərin çoxu tövbə edir. O, onları İordan çayında suya batırıb çıxarmaqla vəftiz edir. Nəyə görə?
Yəhya insanları Allahın Qanun əhdinə qarşı işlətdikləri günahlardan sidqi-ürəkdən tövbə etdiklərinin əlaməti və ya təsdiqi olaraq vəftiz edir (Həvarilərin işləri 19:4). Ancaq vəftiz olmağa hamı yararlı deyil. Yəhudi din xadimləri olan fərisi və saddukilərdən bəziləri Yəhyanın yanına gələndə o, onları «əfi ilan balaları» adlandıraraq deyir: «Tövbəyə yaraşan bəhrələr gətirin, “Atamız İbrahimdir”, — deyib özünüzü arxayınlaşdırmayın. Bunu bilin ki, Allah istəsə, İbrahimə bu daşlardan da övlad yarada bilər. Balta artıq ağacların dibindədir. Yaxşı meyvə gətirməyən ağac kəsilib oda atılacaq» (Mətta 3:7—10).
-
-
Vəftizçi Yəhya yol hazırlayırİsa peyğəmbər. Yol, həqiqət, həyat
-
-
Bəli, Yəhya başa düşür ki, Məsihi, gələcək padşahı qəbul etmələri üçün insanların ürəklərini hazırlamağa kömək etməklə yol hazırlamış olur. Yəhya gələcək Məsih haqqında belə deyir: «Mən onun ayağından səndəlini çıxartmağa belə, layiq deyiləm» (Mətta 3:11). Yəhya həmçinin deyir: «Məndən sonra gələn məni ötüb keçdi, çünki o, məndən əvvəl var olub» (Yəhya 1:15).
-