-
Yaradılış 37:31—34Müqəddəs Kitab
-
-
31 Onlar bir təkə kəsdilər, sonra Yusifin paltarını götürüb onun qanına buladılar. 32 Bundan sonra həmin libası atalarına yolladılar. «Gör nə tapmışıq. Bax gör oğlunun paltarıdır?» — deyə paltarı aparanlarla xəbər göndərdilər.+ 33 Yaqub paltara baxıb fəryad qopardı: «Oğlumun paltarıdır! Yəqin Yusifi vəhşi heyvan yeyib! Balamı tikə-tikə eləyib!» 34 Yaqub belə deyib yaxasını cırdı, belinə çul bağlayıb günlərlə oğlunu ağladı.
-