-
Həvarilərin işləri 7:30—34Müqəddəs Kitab
-
-
30 Qırx il keçəndən sonra Sina dağının ətrafındakı çöllükdə, yanan kolun alovunda ona bir mələk göründü.+ 31 Musa bunu görəndə mat-məəttəl qaldı. O, yaxşı-yaxşı baxmaq üçün kola yaxınlaşanda Yehovanın səsi gəldi: 32 “Mən sənin ata-babalarının Allahıyam, İbrahimin Allahı, İshaqın və Yaqubun Allahıyam”.+ Musa tir-tir əsdi və daha kola baxmağa cürət etmədi. 33 Yehova ona dedi: “Ayağından səndəli çıxar, çünki durduğun yer müqəddəsdir. 34 Mən xalqımın Misirdə çəkdiyi əzab-əziyyəti gördüm, ah-naləsini eşitdim+ və onları xilas etmək üçün buraya endim. Odur ki, get, səni Misirə göndərirəm”.
-