-
Çıxış 37:1—5Müqəddəs Kitab
-
-
37 Bəsalil+ akasiya ağacından uzunluğu iki qulac* yarım, eni və hündürlüyü qulac yarım olan sandıq+ düzəltdi.+ 2 Ona həm içəridən, həm də çöldən xalis qızıl çəkdi. Kənarlarına qızıldan naxışlı haşiyə düzəltdi.+ 3 Sonra qızıldan 4 ədəd tökmə halqa düzəldib sandığın dörd ayağının üstünə bərkitdi, ikisini bir tərəfinə, ikisini o biri tərəfinə. 4 Həmçinin akasiya ağacından şüvüllər düzəldib üstünü qızılla örtdü.+ 5 Sandığı daşımaq üçün olan şüvülləri sandığın yan tərəflərindəki halqalardan keçirtdi.+
-