-
Lavililər 8:25—28Müqəddəs Kitab
-
-
25 Sonra qoçun piyini, quyruğunu, bağırsaqların və qaraciyərin piyini, hər iki böyrəyi və onların üstündəki piyi, eləcə də sağ budu ayırdı.+ 26 Musa Yehovanın önündəki mayasız çörəklər olan səbətdən bir halqavarı çörək,+ yağlı xəmirdən bişirilmiş bir halqavarı çörək+ və bir dənə lavaş götürdü. Onları piy tikələrinin və sağ budun üstünə qoydu. 27 Bunların hamısını Harunun və oğullarının əlinin içinə qoydu və yellədərək Yehovanın hüzurunda yellətmə təqdiməsi kimi təqdim etdi. 28 Sonra çörəkləri onlardan aldı və qurbangahda, yandırma qurbanının üstündə yandırdı. Bu, xoş ətir kimi təqdim olunan kahinlik qurbanı, Yehova üçün odda yandırılan təqdimə idi.
-