-
Lavililər 3:3—5Müqəddəs Kitab
-
-
3 Həmin adam ünsiyyət qurbanının bu hissəsini Yehovaya odda yandırılaraq gətirilən təqdimə kimi təqdim etməlidir:+ iç piyini, bağırsaqları örtən bütün piyi,+ 4 hər iki böyrəyi və onların üstündəki, yəni bel nahiyəsindəki piyi. O həmçinin böyrəklərlə bir yerdə qaraciyərin üstündəki piyi də təqdim etməlidir.+ 5 Harun oğulları bunları qurbangahda, yanan odunların üstündəki yandırma qurbanı ilə birlikdə yandırmalıdır.+ Bu, ətri Yehovaya xoş olan, odda yandırılan təqdimədir.+
-