-
Lavililər 2:2Müqəddəs Kitab
-
-
2 Sonra onu kahinlərin, Harun oğullarının yanına gətirməlidir. Kahin bütün kündürlə birlikdə yağ qatılmış narın undan bir ovuc götürüb qurbangahda xatirə təqdiməsi+ kimi yandırsın. Bu, ətri Yehovaya xoş olan, odda yandırılan təqdimədir.
-
-
Lavililər 5:11, 12Müqəddəs Kitab
-
-
11 Əgər onun iki qumru quşu və ya iki bala göyərçin gətirməyə də gücü çatmırsa, günahına görə efanın*+ onda biri qədər narın unu günah təqdiməsi olaraq gətirsin. Ona nə yağ qatmalıdır, nə də üstünə kündür qoymalıdır, çünki bu, günah təqdiməsidir. 12 Onu kahinə gətirməlidir. Kahin ondan xatirə təqdiməsi kimi bir ovuc götürüb qurbangahda, Yehova üçün odda yandırılan təqdimələrin üstündə yandırsın. Bu, günah təqdiməsidir.
-