3 İsraillilər elə hey deyirdilər: «Siz bütün bu camaatı ona görə çıxarıb bu səhraya gətirmisiniz ki, hamısını acından qırasınız. Kaş ki Yehova bizi elə Misirdə, ətlə dolu qazanlarımızın başında, doyunca çörək yeyən yerdə öldürəydi».+
28 Onlara de ki, Yehova belə deyir: “Varlığıma and olsun, dediyiniz şeyləri başınıza gətirəcəyəm!+29 Meyitiniz bu səhrada sərilib qalacaq.+ İyirmi yaşında və iyirmidən yuxarı yaşda olub siyahıya alınanların, Mənə qarşı deyinənlərin hamısı öləcək.+