-
Yuşə 13:2—6Müqəddəs Kitab
-
-
2 Bu torpaqları tutmaq lazımdır:+ filiştlilərin* və qəşurilərin+ yaşadığı bütün bölgələri 3 (əvvəllər kənanilərin ərazisi sayılan və Nil çayının Misirdən şərqdəki qolundan şimalda Ekron sərhədinə qədər uzanan ərazi);+ o cümlədən beş Filişt hakiminin+ ərazisini — qəzzəlilərin, aşdodluların+, aşkelonluların+, catlıların+ və ekronluların+ yaşadığı torpaqları; avların+ 4 cənuba uzanan ərazisini; kənanilərin bütün torpaqlarını; sidonlulara+ aid olan Mirahı, Əfiqə qədər, amorilərin sərhədinə qədər uzanan ərazini; 5 geballıların+ torpağını və Hərmun dağının ətəklərindəki Baal-Caddan Ləbu-Həməsə+ qədər şərqə uzanan bütün Livan ərazisini; 6 Livandan+ Mizrefot-Maimə+ kimi dağlıq bölgədə yaşayan bütün əhalinin və sidonluların+ ərazisini. Mən onları israillilərin önündən qovacağam.+ Bu torpaqları, sənə tapşırdığım kimi, irs olaraq İsrailə ver.+
-