-
1 Padşahlar 15:25—29Müqəddəs Kitab
-
-
25 Ərubam oğlu Nadab+ Yəhuda padşahı Asanın hakimiyyətinin ikinci ilində İsrailin padşahı oldu. O, İsraildə iki il hakimiyyət sürdü. 26 O, Yehovanın bəyənmədiyi pis işlər gördü və atasının yolu ilə gedib+ onun İsraili günaha sürükləyən işlərini təkrarladı.+ 27 Yəsakir evindən Əxiyyə oğlu Başa ona sui-qəsd qurdu. Nadab və bütün İsrail filiştlilərə məxsus Gibtunu+ mühasirəyə alan vaxt onu orada öldürdü. 28 Beləliklə, Yəhuda padşahı Asanın hakimiyyətinin üçüncü ilində Başa Nadabı öldürdü və onun yerinə padşah oldu. 29 O taxta çıxan kimi Ərubamın bütün nəslini qırdı, Ərubam evinə məxsus bir nəfəri də sağ qoymadı, hamısını öldürdü. Yehovanın Öz qulu, şilolu Əxiyyə vasitəsilə dediyi söz yerinə yetdi.+
-