-
Dənyal 5:23Müqəddəs Kitab
-
-
23 Özünü göylərin Rəbbindən uca tutdun,+ Onun evinin qablarını gətizdirdin.+ Sən, əyanların, cariyələrin, kiçik hərəmlərin onlarda şərab içdiniz. Gümüş, qızıl, mis, dəmir, taxta, daş allahlara, heç nə görməyən, heç nə eşitməyən, heç nə bilməyən allahlara alqış dediniz.+ Amma sənin nəfəsini,+ sənin bütün yollarını əlində saxlayan Allahı şərəfləndirmədin.
-
-
Həbquq 2:18, 19Müqəddəs Kitab
-
-
18 İnsan əlinin düzəltdiyi oyma bütün,
Tökmə bütün,
Yalan öyrədən müəllimin nə xeyri?
Bu faydasız allahları düzəldən onlara necə güvənə bilər?
Onlar ki dilsiz-ağızsızdır.+
19 Vay o kəsin halına ki, odun parçasına: “Oyan!”
Dilsiz daşa: “Oyan! Bizə yol göstər!” — deyir!
-