-
Əşiya 44:19, 20Müqəddəs Kitab
-
-
19 Biri də ürəyində düşünmür,
Biliyi, dərrakəsi yoxdur ki, desin:
«Yarısından ocaq qaladım,
Közündə çörək bişirdim, ət qızartdım.
İndi durub yarısından mənfur şey düzəldim?+
Durub odun parçasına səcdə qılım?»
20 Onun qidası küldür.
Hiyləgər ürəyi onu azdırıb.
Canını qurtara bilmir, demir ki,
Axı sağ əlimdə yalan tutmuşam.
-