-
Çıxış 12:30Müqəddəs Kitab
-
-
30 Gecə firon, onun bütün əyanları və bütün misirlilər oyandı. Misirlilərin arasında böyük şivən qopdu, çünki elə bir ev yox idi ki, orada ölən olmasın.+
-
-
Əşiya 37:36—38Müqəddəs Kitab
-
-
36 Yehovanın mələyi gəlib aşşurluların ordugahında 185 000 nəfəri qırdı. Camaat səhər qalxanda gördü ki, hər tərəf meyitlə doludur.+ 37 Aşşur padşahı Sinaxerib geri çəkilib Neynəvaya*+ getdi və orada qaldı.+ 38 Allahı Nəsruhun məbədində səcdə qılanda oğulları Ədraməliklə Şarasar onu qılıncla öldürdülər+ və Urartu+ ölkəsinə qaçdılar. Oğlu Asarxaddon+ Sinaxeribin yerinə taxta çıxdı.
-