-
Ərəmya 52:6—11Müqəddəs Kitab
-
-
6 Dördüncü ayın doqquzuncu günü+ şəhərdə güclü aclıq var idi, ölkədə çörək qalmamışdı.+ 7 Axırda şəhər divarı sındırıldı. Gecə, kəldanilər şəhərin ətrafında ikən, bütün döyüşçülər padşah bağının yanındakı qoşa divarın arasında yerləşən şəhər darvazasından çıxıb Ərəbə yolu ilə qaçdılar.+ 8 Amma kəldanilərin qoşunu Sidqiyyə padşahı təqib edib Əriha çöllüyündə onu yaxaladı.+ Padşahın bütün qoşunu qaçıb dağıldı. 9 Kəldanilər padşahı tutub Həməsdəki Riblaha, Babil padşahının hüzuruna gətirdilər və padşah ona hökm çıxardı. 10 Babil padşahı Sidqiyyənin oğullarını onun gözü qabağında qətlə yetirdi. O həmçinin Riblahda bütün Yəhuda əmirlərini öldürdü. 11 Sonra Sidqiyyənin gözlərini çıxartdı,+ onu mis qandallarla qandallayıb Babilə apardı və ölənə qədər zindanda saxladı.
-