13 Amassaya+ da deyərsiniz: “Ətin ətimdən, qanın qanımdandır. Əgər bundan sonra səni Yuabın yerinə ordu başçısı qoymasam,+ qoy Allah məni cəzalandırsın”».
5 Sən yaxşı bilirsən Sərya oğlu Yuab mənə nələr edib: İsrailin iki sərkərdəsini — Nur oğlu Abnuru+ və Yatir oğlu Amassanı+ öldürüb əmin-amanlıq vaxtı qan tökmüş+, belinin qurşağını, ayağının səndəlini qana bulamışdır.