5 Şuş+ qalasında Mərdəhay+ adlı bir yəhudi var idi. O, binyaminli+ Kiş oğlu, Şimay oğlu, Yairin oğlu idi. 6 Onlar Babil padşahı Navuxodonosorun sürgün etdiyi Yəhuda padşahı Yəkunya*+ ilə birgə Yerusəlimdən çıxarılıb sürgün edilmiş camaatdan idilər.
8 Onda Həman şah Ahaşveroşa dedi: «Səltənətinin bütün əyalətlərində+ xalqlar arasında səpələnmiş+ bir xalq var. Qanunları digər xalqların qanunlarından fərqlidir və onlar şahın qanunlarına tabe olmurlar, onların sağ qalmağının şaha xeyri olmaz.