21 Dənyal o andaca cavab verdi: «Ömrün uzun olsun, ya şah! 22 Mənim Allahım mələyini göndərib şirlərin ağzını bağladı+ ki, mənə xətər yetirməsinlər.+ Çünki Onun qarşısında günahsız olduğum üzə çıxdı. Sənə qarşı da heç bir günah etməmişəm, ya şah».
13 Üzləşdiyiniz sınaqlarda qeyri-adi bir şey yoxdur, hamı belə sınaqlarla üzləşir.+ Ancaq Allah vəfalı Allahdır, O qoymaz ki, siz gücünüz çatmayan sınaqlara məruz qalasınız.+ Sınaq vaxtı dözə biləsiniz deyə, sizə çıxış yolu da göstərəcək.+