-
1 Padşahlar 1:16—21Müqəddəs Kitab
-
-
16 Badsəba padşahın hüzurunda baş əyib yerəcən təzim etdi. Padşah soruşdu: «Diləyin nədir?» 17 Badsəba dedi: «Ey hökmdar! Məgər sən bu qarabaşına Allahın Yehovanın adı ilə and içib deməmişdin ki, səndən sonra oğlum Süleyman padşah olacaq, sənin taxtında o oturacaq?+ 18 Amma budur, Əduniyyə padşah olub, hökmdarın isə bundan xəbəri yoxdur.+ 19 Əduniyyə çoxlu sayda buğa, qoyun, kök heyvan qurban kəsib, bütün şahzadələri, kahin Əbyatarı, ordu başçısı Yuabı ora dəvət edib,+ lakin qulun Süleymanı çağırmayıb.+ 20 Ey hökmdar, bütün İsrail gözünü sənə dikib. Hamı gözləyir ki, özündən sonra kimi taxta çıxaracağını bəyan edəsən. 21 Yoxsa padşah ata-babalarına qovuşan kimi mənə də, oğlum Süleymana da xain adı veriləcək».
-