5 Yəhudiyyə padşahı Hirodun* günlərində+ Əbiyya+ bölüyünə mənsub olan Zəkəriyyə adlı bir kahin vardı. Onun arvadı İlsəba Harun nəslindən idi. 6 Onların ikisi də Yehovanın qarşısında saleh idi, Onun bütün əmr və qanunlarına riayət edib təmiz həyat sürürdülər.