29 İsrail padşahı Fəqanın dövründə Aşşur padşahı Tiqlatpalasar+ hücum edib İyunu, Abil-Beyt-Məkahı+, Yənuhu, Qədəsi+, Həzuru, Giladı+, Cəliləni, bütün Niftalı diyarını+ tutub əhalisini Aşşura sürgün etdi.+
8 Əhəz Yehovanın məbədində və sarayın xəzinəsində olan qızıl-gümüşü yığıb Aşşur padşahına hədiyyə göndərdi.+9 Aşşur padşahı onun xahişini qəbul etdi, yürüş edib Dəməşqi aldı, əhalisini Giraha sürgün etdi,+ Rəsini isə öldürdü.+
3 Sonra mən peyğəmbər arvadımla yaxınlıq etdim və o hamilə qalıb bir oğlan doğdu.+ Onda Yehova mənə dedi: «Onun adını Mahir-Şəlal-Həş-Baz qoy. 4 Çünki uşaq hələ ata-ana kəlməsini deməmiş, Dəməşqin sərvəti, Səməriyyənin qəniməti Aşşur padşahının hüzuruna aparılacaq».+