-
Zəbur 115:4—8Müqəddəs Kitab
-
-
4 Amma onların bütləri qızıldır, gümüşdür,
İnsan əlinin işidir.+
5 Ağızları var, danışa bilmir,+
Gözləri var, görə bilmir,
6 Qulaqları var, eşidə bilmir,
Burunları var, qoxu bilmir,
7 Əlləri var, hiss etmir,
Ayaqları var, yeriyə bilmir,+
Boğazlarından səs çıxmır.+
8 Onları düzəldənlər də,
Onlara güvənənlər də onlar kimi olacaq.+
-