3 Bütün bunlar Yəhudanın başına Yehovanın əmri ilə gəlirdi. Allah onları önündən yox etmək istəyirdi,+ çünki Mənəssə çoxlu günah etmişdi,+4 o qədər günahsız qan tökmüşdü+ ki, Yerusəlimi qana qərq etmişdi. Yehova bunu bağışlamaq istəmədi.+
37 Onlar zinakar qadınlardır.+ Əlləri qana batıb. İyrənc bütlərilə zina etmələri bəs deyil, hələ Mənə doğduqları oğulları da odda yandırıb bütlərinə yem etdilər.+