-
2 Salnamələr 30:8, 9Müqəddəs Kitab
-
-
8 Ata-babalarınız kimi tərs olmayın.+ Yehovaya tabe olun, Onun həmişəlik pak etdiyi müqəddəs məkanına gəlin,+ Allahınız Yehovaya qulluq edin. Belə etsəniz, Onun sizə qarşı alovlanan qəzəbi sönər.+ 9 Əgər Yehovaya dönsəniz, qardaşlarınızı, oğullarınızı əsir aparanlar rəhmə gəlib+ onları bu ölkəyə qaytaracaq.+ Çünki Allahınız Yehova rəhmli və mərhəmətlidir.+ Ona dönsəniz, sizdən üz döndərməyəcək».+
-
-
Səfənya 2:2, 3Müqəddəs Kitab
-
-
2 Fərman qüvvəyə minməmiş,
Gün saman çöpü kimi uçub getməmiş,
Yehovanın kükrəyən qəzəbi üstünüzə tökülməmiş,+
Yehovanın qəzəb günü sizi yaxalamamış
3 Yehovaya can atın,+ ey dünyanın həlimləri*,
Onun adil hökmlərini icra edənlər,
Salehliyə can atın, həlimliyə can atın.
Bəlkə Yehovanın qəzəb günündə qurtula bildiniz.+
-