-
Mark 2:3—12Müqəddəs Kitab
-
-
3 Həmin vaxt dörd kişi iflic olmuş bir adamı oraya gətirdi.+ 4 Lakin basabas olduğundan onu İsanın yanına keçirə bilmədilər. Buna görə də düz İsanın olduğu yerin üstündən damı söküb deşik açdılar və xəstəni xərəkdəcə aşağı salladılar. 5 Onların imanını görən+ İsa xəstəyə dedi: «Bala, günahların bağışlandı».+ 6 Orada bir neçə mirzə oturmuşdu. Onlar ürəklərində dedilər:+ 7 «Bu adam nə deyir? O, küfr danışır. Məgər Allahdan başqa kimsə günahları bağışlaya bilər?»+ 8 İsa onların fikirlərini dərhal anlayıb dedi: «Niyə ürəyinizdə belə fikirləşirsiniz?+ 9 İflic olmuş bu adama “günahların bağışlandı” demək asandır, yoxsa “ayağa qalx, xərəyini də götür, get”? 10 Ancaq siz insan Oğlunun+ yerdə günahları bağışlamağa səlahiyyəti olduğunu biləsiniz deyə...»+ İflic olmuş adama dedi: 11 «Dur, xərəyini götür, evinə get». 12 O ayağa qalxdı, dərhal xərəyini götürdü və hamının gözü qarşısında çıxıb getdi. Camaat heyrət içində Allahı mədh edərək dedi: «Biz hələ belə şey görməmişik».+
-
-
Luka 5:18—26Müqəddəs Kitab
-
-
18 Həmin vaxt bir neçə adam iflic olmuş bir xəstəni xərəkdə ora gətirdi və onu içəri salıb İsanın qarşısına qoymaq istədi.+ 19 Lakin basabas olduğundan içəri girə bilmədilər, ona görə də dama çıxıb kirəmitləri qaldırdılar və xəstəni xərəkdəcə tavandan aşağı salladıb İsanın qarşısındakı adamların arasına qoydular. 20 Onların imanını görən İsa xəstəyə dedi: «Qardaş, günahların bağışlandı».+ 21 Mirzələr və fərisilər isə düşünməyə başladılar: «Bu kimdir ki, belə küfr danışır? Allahdan başqa kim günah bağışlaya bilər?»+ 22 İsa onların fikirlərini başa düşüb dedi: «Ürəyinizdə nə fikirləşirsiniz? 23 “Günahların bağışlandı” demək asandır, yoxsa “ayağa qalx, yeri”? 24 Ancaq siz insan Oğlunun yerdə günahları bağışlamağa səlahiyyəti olduğunu biləsiniz deyə...» İflic olmuş adama dedi: «Dur, xərəyi götür, evinə get».+ 25 Həmin adam dərhal ayağa qalxdı və xərəyi götürüb Allaha alqış oxuya-oxuya evinə yollandı. 26 Hamını heyrət bürüdü və onlar Allahı mədh etməyə başladılar. Onlar heyrət içində: «Biz hələ belə möhtəşəm şey görməmişik!» — deyirdilər.
-