-
Mark 3:22—27Müqəddəs Kitab
-
-
22 Yerusəlimdən mirzələr də gəlib dedilər: «Onda Beelzebub* var. Bu adam cinləri elə cinlərin hökmdarının əli ilə qovur».+ 23 İsa mirzələri yanına çağırdı və məsəl çəkərək sözə başladı: «Şeytan Şeytanı necə qova bilər? 24 Əgər padşahlıq daxildən parçalanarsa, o, davam gətirə bilməz.+ 25 Daxildən parçalanan ev də davam gətirə bilməz. 26 Əgər Şeytan özünə qarşı çıxıb daxildən parçalanıbsa, o davam gətirə bilməz, onun axırı yaxındır. 27 Güclü adamın evinə girən onun əl-qolunu bağlamamış var-dövlətini qarət edə bilməz. Yalnız bundan sonra evi qarət edə bilər.
-
-
Luka 11:15—23Müqəddəs Kitab
-
-
15 Amma bəziləri dedilər: «Bu adam cinlərin hökmdarı Beelzebubun* əli ilə cinləri qovur».+ 16 Başqaları isə onu sınamaq üçün göydən bir əlamət+ göstərməsini istədilər. 17 Onların ürəyindəkiləri bilən+ İsa dedi: «Daxildən parçalanmış hər bir padşahlıq dağılacaq, daxildən parçalanmış ev uçacaq. 18 Əgər Şeytan da içəridən parçalanıbsa, onun padşahlığı necə davam gətirəcək? Axı deyirsiniz ki, mən cinləri Beelzebubun əli ilə qovuram. 19 Əgər mən cinləri Beelzebubun əli ilə qovuramsa, görəsən, sizin şagirdləriniz onları kimin əli ilə qovur? Buna görə də sizi onlar məhkum edəcəklər. 20 Yox əgər mən cinləri Allahın gücü*+ ilə qovuramsa, deməli, Allahın Padşahlığı gəlib, sizin isə xəbəriniz yoxdur.+ 21 Güclü, yaraq-yasaqlı bir adam imarətinin keşiyini çəkirsə, onun əmlakı üçün qorxu yoxdur. 22 Amma ondan güclüsü onun evinə basqın edib onu üstələyərsə, güvəndiyi yaraq-yasağı götürər və qarət etdiyi şeyləri başqaları ilə bölüşər. 23 Mənim tərəfimdə olmayan mənim əleyhimədir və mənimlə bir yerdə yığmayan dağıdır.+
-