Mətta 6:6 Müqəddəs Kitab 6 Sən isə dua edəndə otağına gir, qapını bağla və gözəgörünməz Atana dua et.+ Onda gizli dərgahından hər şeyi görən Atan sənə əvəzini verəcək. Mətta 14:23 Müqəddəs Kitab 23 İsa camaatı yola salandan sonra dua etmək üçün dağa qalxdı.+ O, axşamadək dağda tək qaldı. Mark 1:35 Müqəddəs Kitab 35 Səhər ertədən, hələ alaqaranlıq ikən İsa durdu və kimsəsiz bir yerə gedib dua etməyə başladı.+ Luka 6:12 Müqəddəs Kitab 12 O günlərdə İsa dua etmək üçün dağa qalxdı+ və bütün gecəni Allaha dua etdi.+
6 Sən isə dua edəndə otağına gir, qapını bağla və gözəgörünməz Atana dua et.+ Onda gizli dərgahından hər şeyi görən Atan sənə əvəzini verəcək.