-
Mətta 18:1—5Müqəddəs Kitab
-
-
18 Bu vaxt şagirdlər İsanın yanına gəlib dedilər: «Səmavi Padşahlıqda ən böyük kim olacaq?»+ 2 İsa yanına balaca bir uşaq çağırdı və onu şagirdlərin arasına qoyub 3 dedi: «Sizə deyirəm, dəyişib uşaq kimi olmasanız,+ səmavi Padşahlığa əsla girməyəcəksiniz.+ 4 Özünü bu uşaq kimi kiçildən səmavi Padşahlıqda ən böyük olacaq.+ 5 Bunun kimi bir uşağı mənim xatirimə qəbul edən məni də qəbul edir.
-
-
Luka 9:46—48Müqəddəs Kitab
-
-
46 Bundan sonra onlar kimin daha böyük olduğu barədə mübahisə etməyə başladılar. + 47 İsa onların ürəyindəkiləri bildiyindən balaca bir uşağı götürüb yanına qoydu 48 və belə dedi: «Bu balaca uşağı mənim xatirimə qəbul edən məni də qəbul edir. Məni qəbul edən isə məni göndərəni qəbul edir.+ Aranızda ən təvazökar kimdirsə*, böyük odur».+
-