-
Luka 22:10—13Müqəddəs Kitab
-
-
10 İsa cavab verdi: «Şəhərə girəndə əlində saxsı səhəng aparan bir adam görəcəksiniz. Onun girdiyi evə gedin+ 11 və ev sahibinə belə deyin: “Ustad soruşur, şagirdləri ilə Pasxa yeməyini hansı otaqda yeyəcək”. 12 O adam sizə yuxarı mərtəbədə hazırlanmış böyük bir otaq göstərəcək. Yeməyi orada hazırlayın». 13 Şagirdlər getdilər və doğrudan da, hər şey İsanın dediyi kimi oldu. Onlar Pasxa üçün hazırlıq gördülər.
-