-
1 İşmuil 21:1—6Müqəddəs Kitab
-
-
21 Davud Nuba, kahin Əximəlikin yanına gəldi.+ Əximəlik Davudu görəndə qorxudan əsdi: «Niyə təksən, niyə yanında heç kim yoxdur?» — deyə soruşdu.+ 2 Davud kahin Əximəlikə cavab verdi: «Padşah məni bir iş dalınca göndərib, amma tapşırıb ki, nə bu iş haqda, nə də verdiyi göstəriş barədə heç kim bilməsin. Buna görə adamlarımla danışmışıq ki, filan yerdə toplaşaq. 3 Yanında beş kömbə çörək, yaxud başqa bir şey varsa, mənə ver». 4 Kahin Davuda dedi: «Əlimdə adi çörək yoxdur, təkcə müqəddəs çörək var.+ Əgər adamların qadınla yaxınlıq etməyiblərsə, onları verə bilərəm».+ 5 Davud cavab verdi: «Əvvəlki yürüşlərdə olduğu kimi, indi də qadına yaxın getməmişik.+ Adi tapşırıq alanda adamlarım özlərini pak saxlayırlarsa, sözsüz ki, bu gün də pak olacaqlar». 6 Kahin müqəddəs çörəkləri ona verdi,+ çünki orada hüzur çörəklərindən başqa çörək yox idi. Bu çörəklər Yehovanın hüzurundan götürülmüş və həmin gün təzələri ilə əvəz olunmuşdu.
-