6 İsa Beytaniyyədə, cüzamlı Şimonun evində+7 süfrədə əyləşərkən bir qadın əlində qab* ona yaxınlaşdı. Qabın içində bahalı ətirli yağ vardı. Qadın yağı İsanın başına tökməyə başladı.
3 İsa Beytaniyyədə, cüzamlı Şimonun evində süfrədə əyləşərkən bir qadın əlində qab* içəri girdi. Qabın içində bahalı ətirli yağ, xalis nard* var idi. Qadın qabın boğazını qırıb yağı İsanın başına tökməyə başladı.+
3 Məryəm çəkisi təxminən üç yüz qram* olan bahalı, ətirli yağ, xalis nard* götürüb İsanın ayaqlarına sürtdü və saçı ilə onun ayaqlarını quruladı. Yağın ətri bütün evi bürüdü.+