-
Mətta 13:3—9Müqəddəs Kitab
-
-
3 İsa məsəllərlə danışmağa başladı:+ «Bir əkinçi toxum səpməyə çıxdı.+ 4 Toxum səpərkən toxumlardan bəziləri yol kənarına düşdü və quşlar gəlib onları dənlədi.+ 5 Digərləri torpağı az olan daşlığa düşdü və torpaq dərin olmadığından dərhal cücərdi.+ 6 Amma günəş çıxanda onlar soldu və kökü olmadığından qurudu. 7 Başqaları tikanlığa düşdü. Tikan kolları böyüyüb onları boğdu.+ 8 Bəziləri isə münbit torpağa düşdü və bar gətirdi. Biri yüzqat, digəri altmışqat, o birisi otuzqat bar verdi.+ 9 Qulağı olan qoy eşitsin!»+
-
-
Mark 4:3—9Müqəddəs Kitab
-
-
3 «Qulaq asın. Bir əkinçi toxum səpməyə çıxdı.+ 4 Toxum səpərkən toxumlardan bəzisi yol kənarına düşdü və quşlar gəlib onları dənlədi. 5 Bəzisi torpağı az olan daşlığa düşdü və torpaq dərin olmadığından dərhal cücərdi.+ 6 Amma günəş çıxanda soldu və kökü olmadığından qurudu. 7 Bəzi toxumlar tikanlığa düşdü. Tikan kolları böyüyüb onları boğdu və onlar bar vermədi.+ 8 Amma bəziləri münbit torpağa düşdü, cücərib boy atdı və bar gətirdi. Onlar otuzqat, altmışqat və yüzqat bar verdilər».+ 9 İsa əlavə etdi: «Qulağı olan qoy eşitsin!»+
-