-
Mətta 22:41—46Müqəddəs Kitab
-
-
41 Bir dəfə fərisilər bir yerə toplaşmışdılar. İsa onlardan soruşdu:+ 42 «Məsih haqqında nə düşünürsünüz? O, kimin oğludur?» Onlar cavab verdilər: «Davudun».+ 43 İsa onlara dedi: «Necə olur ki, Davud ilham alaraq+ onu “Ağa” adlandırıb deyir: 44 “Yehova Ağama dedi: “Düşmənlərini ayağının altına qoyanadək sağımda otur”?+ 45 Əgər Davud onu “Ağa” adlandırırsa, o, Davudun oğlu necə ola bilər?»+ 46 Heç kəs bunun qarşısında İsaya bir kəlmə söz deyə bilmədi və o gündən etibarən, heç kim cürət edib onu sorğu-suala tutmadı.
-
-
Mark 12:35—37Müqəddəs Kitab
-
-
35 Sonra İsa məbəddə sözünə davam edərək bunları dedi: «Nə üçün mirzələr deyirlər ki, Məsih Davudun oğludur?+ 36 Davud özü müqəddəs ruhun+ təsiri ilə demişdi: “Yehova Ağama dedi: “Düşmənlərini ayağının altına qoyanadək sağımda otur”.+ 37 Əgər Davud onu “Ağa” adlandırırsa, o, Davudun oğlu necə ola bilər?»+
Camaat onu böyük məmnuniyyətlə dinləyirdi.
-