-
Mətta 26:69—75Müqəddəs Kitab
-
-
69 Bu zaman Butrus həyətdə oturmuşdu. Bir qarabaş ona yaxınlaşıb dedi: «Sən də bu cəliləli İsa ilə bir yerdə idin!»+ 70 Butrus isə hamının qarşısında inkar etməyə başladı: «Sən nə danışırsan?! Mənim heç nədən xəbərim yoxdur». 71 Butrus giriş qapısına gəldikdə başqa bir qarabaş onu tanıdı və oradakılara dedi: «Bu adam da nəsrani İsa ilə birlikdə idi».+ 72 O, yenə də and içib danmağa başladı: «Mən o adamı tanımıram!» 73 Bir azdan oradakılar Butrusa yaxınlaşıb dedilər: «Bəs necə, sən də onun adamlarındansan. Ləhcəndən də bilinir». 74 Butrus özünə lənət yağdırıb and-aman edirdi ki, İsanı tanımır. Həmin andaca xoruz banladı. 75 İsanın «xoruz banlamazdan əvvəl sən məni üç dəfə danacaqsan»+ sözləri Butrusun yadına düşdü və o çölə çıxıb hönkür-hönkür ağladı.
-
-
Mark 14:66—72Müqəddəs Kitab
-
-
66 Bu vaxt Butrus həyətdə, tonqalın qırağında isinirdi. Baş kahinin qarabaşı gəlib+ 67 onu gördü və düz gözlərinin içinə baxıb dedi: «Sən də bu nəsrani İsanın adamlarındansan». 68 Butrus inkar etdi: «Mən bu adamı tanımıram, sənin də nə dediyini başa düşmürəm». Sonra darvazaya tərəf getdi. 69 Qarabaş onu orada görüb yan-yörəsindəkilərə dedi: «Bu da onlardandır». 70 Butrus yenə də inkar etdi. Bir qədər sonra orada duranlar Butrusa dedilər: «Hə, doğrudan da, sən onlardansan, cəliləlisən». 71 Butrus özünə lənət yağdırıb and-aman etdi: «Dediyiniz adamı tanımıram!» 72 Elə bu vaxt xoruz ikinci dəfə banladı+ və İsanın «xoruz iki dəfə banlamamış sən məni üç dəfə danacaqsan»+ sözləri Butrusun yadına düşdü. Onda Butrus özünü saxlaya bilməyib hönkür-hönkür ağladı.
-
-
Yəhya 18:18Müqəddəs Kitab
-
-
18 Hava soyuq olduğundan nökərlərlə keşikçilər tonqal qalayıb ətrafında isinirdilər. Butrus da onların yanında durub isinirdi.
-