-
Yaradılış 41:40—46Müqəddəs Kitab
-
-
40 Səni evimin üzərində böyük qoyuram. Adamlarımın hamısı qeyd-şərtsiz sənə tabe olacaq.+ Yalnız taxtda mən səndən böyük olacağam». 41 Sonra əlavə etdi: «Səni bütün Misir torpağı üzərində başçı qoyuram!»+ 42 Belə deyib firon möhür üzüyünü barmağından çıxarıb Yusifin barmağına taxdı, əyninə zərif kətandan tikilmiş libas geyindirdi, boynuna qızıl boyunbağı taxdı. 43 Üstəlik, əmr etdi ki, onu özünün ikinci ən yaxşı arabasına mindirsinlər və qarşısında gedə-gedə: «Avrex!»* — deyə qışqırsınlar. Beləcə, firon Yusifi bütün Misir üzərində başçı qoydu.
44 Sonra firon Yusifə dedi: «Firon mənəm. Bununla belə, sənin iznin olmadan Misir torpağında heç kim bir addım belə atmayacaq».+ 45 Firon Yusifin adını Səfnat-Fənah qoydu və On* şəhərinin kahini Fitfirahın qızı Əsnatı+ ona verdi. Yusif bütün Misir ölkəsini gəzib nəzərdən keçirməyə başladı.+ 46 Misir padşahı fironun hüzurunda duranda Yusifin otuz yaşı var idi.+
Yusif fironun hüzurundan çıxıb bütün Misir ölkəsini dolaşdı.
-