7 Ona zülm verdilər,+ o əzab çəkməyə razı oldu,+
Ağzını da açmadı.
Onu kəsməyə aparılan qoyun kimi apardılar,+
Qırxımçıların qabağında dilsiz-ağızsız duran qoyun kimi idi,
Ağzını açıb dinmədi.+
8 O, zülm gördü, haqsız məhkum edilib aradan götürüldü.
Kimdir onun əsil-nəcabəti ilə maraqlanan?!
Onu işıqlı dünyadan yox etdilər;+
O, xalqımın asiliyi ucbatından vuruldu.+